Qida zəncirinə nəzarət ilkin istehsal, istehsal, emal, dövriyyə, utilizasiya və məhvedilmə mərhələləri üzrə həyata keçirilir. Nəzarət risk əsaslı yanaşma əsasında aparılır.
Foodinfo.az xəbər verir ki, qida zənciri boyunca nəzarət tədbirləri qida təhlükəsizliyi, fitosanitar və baytarlıq üzrə həyata keçirilir. Nəzarət yaxa kameraları, yoxlama çantası və planşetlərdən istifadə edilməklə aparılır. Yoxlamalar onlayn rejimdə Monitorinq Mərkəzində izlənilir.
Qeyd edək ki, nəzarət formaları planlı və plandankənar yoxlamalardan, eləcə də monitorinqlərdən ibarətdir.