Qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin Qax və Balakən rayon icra hakimiyyətlərində növbəti görüşləri baş tutub. Görüşlərdə keçirilən tədbirlərlə əlaqədər müzakirələr aparılıb. Foodinfo.az-ın məlumatına görə, sonra Balakən Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə Mazımqara sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin dezinfeksiya yerinə baxış keçirilib, görülən işlərin gedişatına nəzarət olunub, müvafiq tövsiyələr verilib. Həmçinin Regional Əlaqələrdirmə Mərkəzinin şimal-qərb rayonları üzrə qərargahının növbəti iclası keçirilib. İclasda AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyəti müzakirə olunub, əlavə tapşırıqlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirləri davam etdirilir. [gallery ids="53433,53434"]