2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 8 milyon 81 min dollar dəyərində 6 208 ton nar ixrac olunub.
Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 2 milyon 424 min dollar dəyərində 1 541 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 3.3 dəfə, miqdar ifadəsilə 4 dəfə artıb.
Bir ton narın orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 1573 dollar ikən, 2023-cü ilin 4 ayında 1302 dollar olub.