
Badımcan həm ləzzəti, həm də sağlamlığa olan faydaları ilə mətbəximizin əvəzolunmaz tərəvəzlərindən biridir. Mütəxəssislər bildirirlər ki, bu tərəvəz təkcə qida dəyərinə görə deyil, həm də orqanizmə göstərdiyi müsbət təsirlərlə diqqət çəkir.
Foodinfo.az xəbər verir ki, tərkibindəki antosiannin və nasunin adlı antioksidant maddələr sayəsində badımcan ürək-damar və beyin sağlamlığını qorumağa kömək edir. Bu maddələr damar divarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və beyin hüceyrələrini sərbəst radikallardan müdafiə edir.
Badımcanın tərkibində olan pəhriz lifləri “pis” xolesterinin səviyyəsini aşağı salır, həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Az kalorili olması səbəbindən arıqlamaq istəyənlər üçün də ideal seçim sayılır.
Bundan əlavə, badımcan B vitaminləri, manqan və sink kimi maddələrlə zəngindir ki, bu da dəri və saç sağlamlığını dəstəkləyir.
Mütəxəssislər xəbərdarlıq edir ki, badımcan çiy halda yeyilməməli, mütləq bişirilməlidir. Qızartma zamanı çox yağ çəkdiyi üçün onu sobada və ya buğda bişirmək daha faydalıdır.
Beləliklə, düzgün bişirildiyi halda badımcan həm sağlamlığın, həm də dadın vəhdətini təmin edən qiymətli tərəvəz kimi tövsiyə olunur.