Bəkməz təbii müalicəvi mənbələrdən əldə edilən güclü faydaları olan qidalardan biridir. Sağlamlığımızı ən yaxşı qoruyan bəkməzlərdən biri də şam qozası bəkməzidir.
Şam qozasının bəkməzi şam ağacının meyvəsi olan qozalardan əldə edilir. Şam qozası şərbəti olaraq da tanınan bu bəkməz bizim üçün ən faydalı vasitələrdən biridir. Bu səbəbdən alternativ tibbdə tez-tez istifadə olunur. Hər gün 1 çay qaşığı istehlak etdiyiniz şam qozası bəkməzi güclü xüsusiyyətləri ilə bədənimizi daha güclü və gümrah hiss etdirir.
Foodinfo.az şam qozası bəkməzinin faydalarını təqdim edir:
Ürək-damar sağlamlığını mükəmməl qoruyan şam qozası bəkməzi bağırsaqların həm sağlam, həm də nizamlı işləməsini təmin edir. Beləliklə, qəbizliyi sağaldır.
Şam qozasının ən güclü faydası immunitet sistemini gücləndirməsi və qış xəstəliklərinə qarşı təsir göstərməsidir. Xüsusilə şiddətli öskürəkləri kəsən şam qozasının bəkməzi tez-tez qrip və soyuqdəymədən əziyyət çəkən insanlar üçün təbii müalicə mənbəyidir.
Bəlğəmgətirici xüsusiyyətləri ilə də tanınan şam qozası bəkməzi ağciyərlərin sağlamlığını da qoruyur. Boğaza yapışan bütün mikrobları təmizləyən şam qozası bəkməzi əsəbləri yumşaldır və yuxusuzluğa çarə olur.