
Alma vitamin və antioksidantlarla zəngin təbii qidadır. Foodinfo.az bildirir ki, gündə 1 alma yemək ürək sağlamlığını qoruyur. Liflə zəngin olması həzmə müsbət təsir göstərir. Qan şəkərini tənzimləyir və diabet riskini azaldır.
Orqanizmi toksinlərdən təmizləyir və immuniteti gücləndirir. Dərinin cavan qalmasını dəstəkləyir. Diş ətləri və diş sağlamlığı üçün də faydalıdır. Xolesterolu salmağa kömək edir. Bağırsaq hərəkətlərini normallaşdırır. Arıqlamaq istəyənlər üçün ideal pəhriz qidasıdır.
Gündəlik enerji səviyyəsini yüksəldir. Hər gün alma yemək ümumi sağlamlıq üçün faydalıdır.