
Kefir, qatıq və digər turş süd məhsulları probiotik qaynağıdır. Foodinfo.az bildirir ki, bu məhsullar bağırsaq mikroflorasını bərpa edir. Güclü bağırsaq isə güclü immunitet deməkdir. Həzm proseslərini tənzimləyir və qəbizliyin qarşısını alır.
Xüsusilə antibiotik qəbulu zamanı bağırsaq florasını qoruyur. Gündə 1 stəkan kefir içmək immun sisteminə dəstəkdir. Dərinin sağlam və parlaq qalmasına təsirlidir. Kalsium mənbəyi olduğu üçün sümükləri möhkəmləndirir. İmmunitet zəifliyində profilaktik qida hesab olunur.
Uşaqlar və yaşlılar üçün xüsusilə faydalıdır. Eyni zamanda yuxu keyfiyyətini artırır. Turş süd məhsullarını gündəlik qida rasionuna daxil etmək məsləhətdir.