Gündəlik qidalanmada istifadə olunan bəzi ədviyyatlar təkcə yeməklərin dadını artırmaqla qalmır, həm də orqanizm üçün təbii şəfa mənbəyi rolunu oynayır. Tədqiqatlara əsasən, bu ədviyyatlar immuniteti gücləndirir, iltihabı azaldır və həzmi yaxşılaşdırır.

Foodinfo.az xəbər verir ki, ən faydalı ədviyyatlar sırasında zəncəfil, sarıkök, darçın, mixək, sarımsaq, qara istiot, kəklikotu və rozmarin xüsusi yer tutur.

Zəncəfil orqanizmdə iltihabı azaldır və soyuqdəymə zamanı immun sistemi gücləndirir. Sarıkök qaraciyəri təmizləyir və hüceyrələrin yenilənməsini dəstəkləyir, darçın isə qan şəkərinin tənzimlənməsinə kömək edir.

Mixək və sarımsaq antibakterial xüsusiyyətləri ilə tanınır, kəklikotu və rozmarin isə bakteriyalara və göbələklərə qarşı qoruyucu təsir göstərir.

Qida mütəxəssisləri xəbərdarlıq edir ki, ədviyyatlar çox miqdarda deyil, az, amma mütəmadi şəkildə istifadə edilməlidir. Çünki artıq miqdarda qəbul orqanizmdə narahatlıqlara səbəb ola bilər.

Yeməklərdə təbii ədviyyatlardan istifadə həm sağlam, həm də ləzzətli qidalanmanın əsas açarı sayılır.