2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 23 milyon 957 min dollar dəyərində 27 min 023 ton düyüidxal olunub.

Foodinfo.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyətləri Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 15 milyon 992 min dollar dəyərində 20 min 063 ton düyü idxal olunmuşdu. Beləliklə, düyü idxalı dəyər ifadəsilə 49,8%, miqdar ifadəsilə 34,7% artıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 7 milyon 950 min dollar, miqdar ifadəsi ilə 6 950 ton artım müşahidə edilib.

Bir ton düyünün orta idxal qiymətlər üzrə dəyəri 2022-ci ilin 4 ayında 797 dollar ikən, 2023-cü ilin 4 ayında 887 dollar olub.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0.45%-ni təşkil edib.