Ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanarın sayı 2016-cı illə müqayisədə azalıb.
Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.
Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda 2234, 2017-ci ildə 2016 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb.
Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 35,4 faizi dərmandan zəhərlənib.
Kimyəvi zəhərlənmələr arasında məişət zəhərlənmələri, yəni intihar xarakterli olmayan dəm qazı zəhərlənmələri, ilan sancmaları, daha çoxluq təşkil edir.
İ.Əfəndiyev qeyd edib ki, ötən il dəm qzından zəhərlənənlərin sayı 2016-cı illə müqayisədə 2 dəfəyə yaxın azalıb.
Bunu kəskin azalma kimi dəyərləndirən İ.Əfəndiyev qeyd edib ki, 2016-cı ildə 470, 2017-ci ildə 272 nəfər dən qazından zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.
O, bildirib ki, 2017-ci ildə ilan sancmalarının sayı nisbətən artıb. Keçən il ilan sancmasından zəhərlənənlərin sayı 104, qara qurd hörümcəyinin sancmasından zəhərlənənlərin sayı 5, göbələkdən zəhərlənənlərin sayı 15, digər zəhərli bitkilərdən zəhərlənənlərin sayı 9 nəfər olub.
İ.Əfəndiyev qeyd edib ki, intihar məqsədilə olan zəhərlənmələr daha çox dərman zəhərlənmələri və yandırıcı məhlullardan olur.
Toksikoloq əlavə edib ki, ötən il 238 nəfər sirkə turşusu, 51 nəfər sican zəhəri içərək zəhərlənib:
“İntihar etmək istəyənlər daha çox 20-29 yaşlı qadınlar olur. Ümumilikdə bütün illərdə zəhərlənmələrin strukturunda qadınların sayı çox olub. Zəhərlənənlərin 60-65 faizi qadınlar olur”. (Trend)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb