Alma gündəlik rasionda ən çox istifadə olunan meyvələrdən biri olsa da, onun faydaları bəzən kifayət qədər qiymətləndirilmir. Halbuki bu meyvə həzm sistemi üçün çox dəyərlidir. Foodinfo.az Mayo Clinic saytına istinadla xəbər verir ki, dietoloq Katherine Zeratsky almanın xüsusiyyətlərini açıqlayıb. Onun sözlərinə görə, alma lif baxımından zəngindir və xüsusilə pektin maddəsi ilə seçilir.

Mütəxəssis qeyd edir ki, pektin bağırsaq mikroflorasını yaxşılaşdırır və faydalı bakteriyaların artmasına kömək edir. Bu isə həzm prosesinin daha səmərəli getməsinə şərait yaradır. Eyni zamanda alma qan şəkərinin stabilləşməsinə də müsbət təsir göstərir.

Almanın tərkibində olan antioksidantlar orqanizmi müxtəlif xəstəliklərdən qoruyur. Onu qabığı ilə birlikdə istehlak etmək daha faydalıdır. Bu halda daha çox lif qəbul edilir. Mütəxəssislər gündə ən azı bir alma yeməyi sağlam vərdiş kimi qiymətləndirir.