“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. Foodinfo.az agentliyə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, 23-27 avqust 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 16 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 1 ədədi Rusiya, 1 ədədi Çin, 4 ədədi Türkiyə, 4 ədədi Vyetnam, 6 ədədi isə Niderland istehsalıdır.