Alkoqolun hətta az miqdarda istehlakı belə sağlamlıq üçün riskli hesab edilir. Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, az miqdarda alkoqol belə müxtəlif xəstəliklərin yaranma ehtimalını artırır və uzunmüddətli zərər verir.
Az miqdarda qəbul edildikdə belə alkoqol ağız, boğaz, qaraciyər, döş və bağırsaq xərçənginə səbəb ola bilər.
O, qan təzyiqini artırır və ürək ritmini pozaraq infarkt və insult riskini yüksəldir.
Həmçinin yaddaşı və qərarvermə qabiliyyətini zəiflədir.
Alkoqol qaraciyərə əlavə yük gətirir və zamanla onun funksiyalarını pozur.
Eyni zamanda, daimi az miqdarda istehlak alkoqola bağlılıq yaradır.
Bu içki immun sistemini zəiflədir və bədən müqavimətini azaldır. Sağlam həyat tərzini qorumaq üçün alkoqol qəbulundan tamamilə çəkinmək və ya istehlakı minimuma endirmək tövsiyə olunur.