Oktyabrın 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) gübrə məhsullarının idxalı, saxlanması və satışı qaydaları ilə bağlı gübrə idxalçıları ilə görüş keçirib.
Foodinfo.az-ın məlumatına görə, AQTA-nın sədr müavini Rəşad Mafusovun iştirakı ilə keçirilən görüşdə ölkəmizdə bitki sağlamlığının təmin olunmasının və standartlara cavab verən yüksək keyfiyyətli məhsulların əldə edilməsinin qarşıya qoyulan əsas vəzifələrdən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007-ci il tarixli, 10 nömrəli Qərarından irəli gələn tələblərə uyğun olaraq, ölkədə qeydiyyatdan keçməyən, standartların və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin idxalı cəhdləri yolverilməzdir. Bu istiqamətdə sahibkarların maarifləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Sonda gübrə idxalçılarını maraqlandıran suallar cavablandırılıb, sahibkarlar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb və müvafiq tövsiyələr verilib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir