AQTA ilə Litva Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət Bitki Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, Agentliyin Aparat rəhbəri Elxan Mikayılov və Litva Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət Bitki Xidmətinin direktoru Sergejus Fedotovasın başçılıq etdiyi nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə fitosanitar sertifikatların istifadəsi ilə bağlı qarşılıqlı məsləhətləşmələr, idxal, ixrac, təkrar ixrac və tranzit əməliyyatları zamanı karantin zərərvericilərinin daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi ilə bağlı təcrübə mübadiləsi müzakirə olunub. Agentlik tərəfindən Litva tərəfinə təqdim edilmiş “Azərbaycan Respublikası ilə Litva Respublikası arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in hazırlanması prosesinin surətləndirilməsi diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyası ilə Litva Fitosanitar Tədqiqat Laboratoriyası arasında mümkün əməkdaşlıq barədə müzakirələr aparılıb.
Daha sonra Litva Respublikasının Dövlət Bitki Xidmətinin direktoru Sergejus Fedotovasın təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, fitosanitar nəzarət tədbirləri, idxal-ixrac zamanı bitki və bitkiçilik məhsullarının yoxlanması, zərərvericilərin təyin edilməsi metodu, aparılan analizlərin növləri, eləcə də təhlükəsizlik və keyfiyyət göstəricilərinin təyin olunmasının mümkünlüyü barədə məlumat verib. Tərəflər sözügedən təcrübənin birgə istifadə olunması barədə fikir mübadiləsi aparıblar.
[gallery ids="34464,34465,34466"]