Cənubi Kiprdə meyvə-tərəvəz iyul ayında rekord qiymətə qalxıb.
"En.Philenews" qəzeti bu barədə statistika xidmətinin məlumatlarına istinadən yazıb.
Bu dövr ərzində qiymətlər 20% artıb ki, bu da bütün müşahidələr tarixində aylıq maksimum artımdır.
Mütəxəssislər ölkədə meyvə-tərəvəzin qiymətinin sıçrayışını iyunda rekord orta temperaturla izah edirlər. Bölgədə anomal istilər məhsulun bir hissəsinin məhv olmasına səbəb olub.
Xidmət sektorunda da qiymətlər nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, iyulda xaricdə təşkil olunmuş tətillər 15%, aviabiletlər 12%, otellər isə 10% bahalaşıb.
Bununla yanaşı, ölkədə inflyasiya hələ də 3%-dən o yana keçmir.