Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib. Tədbirdə Fövqəladə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və AQTİ-nin əməkdaşları iştirak edib.
Foodinfo.az xəbər verir ki, “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusuna həsr olunan tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən bəhs edərək mülki müdafiə ilə bağlı maarifləndirici kütləvi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları barədə əhalinin mütəmadi maarifləndirilməsinin zəruri olduğu vurğulanıb, bildirib ki, həm müharibə, həm də əmin-amanlıq dövründə fövqəladə hallar baş verdikdə, istehsalat qəzaları və təbii fəlakət zamanı əhalinin mühafizəsi mülki müdafiənin əsas vəzifəsidir.
Qeyd edək ki, ölkəmiz 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və hər il bu nüfuzlu təşkilatın tədbirlərində fəal iştirak edərək əhalinin mühafizəsi sahəsində dövlətlərarası təcrübədən geniş bəhrələnir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
[gallery ids="35026,35027,35028"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı