Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Federal Dövlət Büdcə Təşkilatı "Ümumrusiya Bitki Karantini Mərkəzi" (ФГБУ “ВНИИКР”) arasında Anlaşma Memorandumu imzalanıb. Foodinfo.az-ın xəbərinə görə,memorandumda təbii və kənd təsərrüfatı biosenozlarındakı zərərli orqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin aşkarlanması və müəyyənləşdirilməsi metodlarının işlənib hazırlanması, təkmilləşdirilməsi üçün birgə elmi-tədqiqat işlərinin aparılması əks olunub. Həmçinin orqanik məhsulların istehsalında karantin zərərli orqanizmlərə nəzarət meyarlarının və metodlarının hazırlanması və digər sahələrdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. AQTİ və "Ümumrusiya Bitki Karantini Mərkəzi" elmi-tədqiqat məlumatlarının, tədqiqat təcrübəsinin ikitərəfli mübadilə edilməsi, birgə seminar, təlim, təcrübə, konfransların təşkil olunması, eyni zamanda tədqiqat nəticələrinin birgə dərc olunması ilə bağlı razılığa gəlib. Anlaşma Memorandumu çərçivəsində tərəflər qida təhlükəsizliyi və bitki mühafizəsi sahəsində qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edəcək.