
Gürcüstandan bu ilin yanvar-aprel aylarında Azərbaycana
210,7 min ABŞ dolları dəyərində
176,2 ton fındıq ixrac olunub.
Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
2020-ci ilin analoji dövründə Azərbaycan qonşu ölkədən fındıq tədarük etməyib. Ötən ilin avqust-sentyabr aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri
142,9 min ABŞ dolları olan
142,8 ton fındıq alıb.
Bu ilin ilk 4 ayında Gürcüstandan ümumilikdə
30 mln 537,8 min ABŞ dolları dəyərində fındıq ixrac olunub ki, bu da illik müqayisədə 2
,09 dəfə çoxdur.