Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ərzaq məhsullarına 12 969 milyon manat xərcləyib. Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 8 aylıq pərakəndə ticarət dövriyyəsinin 49%-i deməkdir, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6% çoxdur.