Pandemiya ilə əlaqədar olaraq, Azərbaycana indiyədək idxal olunan tibbi maskaların sayı açıqlanıb. Foodinfi.az xəbər verir ki, hökumətdən bildirilib ki, 2020-ci ilin 5 mart tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib: Həmçinin bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb. Qeyd edək ki, indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub.