Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 9 may saat 00:00-dan 16 may 06:00-dək hərəkətdə olmayacaq.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Bildirilir ki, sözügedən xətt üzrə qatarlar 8 və 16 may tarixlərində tam iş günü cədvəli üzrə hərəkət edəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə iş və istirahət günlərinin ardıcıllığı dəyişdirilib və Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı