Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 6-da ölkə üzrə 407 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting and Managment” MMC-yə məxsus “Xaçapuri Home” restoranı; 2. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 47B ünvanında yerləşən, fiziki şəxs Səmədov Nazim Allahverdi oğluna məxsus kafe; 3. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 69a ünvanında yerləşən, fiziki şəxs Seyfullayev Ceyhun Qüdrət oğluna məxsus “Sherif” restoranı; 4. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Yaqub Hüseyn oğluna məxsus “Ziya” kafesi; 5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., massiv 1 ünvanında yerləşən, fiziki şəxs Kərimov Azər Bayram oğluna məxsus çay evi; 6. Bakı şəhəri, Yasamal rayonu, N. Aşurbəyova küçəsi 202 ünvanında yerləşən, fiziki şəxs Novruzov Rüstəm Yaqub oğluna məxsus “ARBO” kafesi; 7. Bakı şəhəri, Yasamal rayonu, M. Naxçıvani küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Rəsul Elvin İlham oğluna məxsus kafe; 8. Bakı şəhəri, Nəsimi rayonu, M. Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Yusifov Akif Yusif oğluna məxsus kafe; 9. Bakı şəhəri, Nəsimi rayonu, H. Aslanov küçəsi 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus “Road Cafe-Pub” kafesi; 10. Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Verdiyev Həşim Zabit oğluna məxsus mağaza; 11. Gəncə şəhəri, Atatürk pr., ev 226A ünvanında yerləşən, fiziki şəxs Ayaz Mehmet Halis oğluna məxsus “Osmanlı” kafesi. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.