Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Foodinfo.az-ın xəbərinə görə, növbəti belə təlim “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda olub. Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP sisteminin işlənib hazırlanması və tətbiqinə, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən 20-ə yaxın şəxs seminarda iştirak edib.
Seminar “HACCP qrupunun yaradılması və qrupun tərkibinin müəyyən edilməsi”, “Məhsulun identifikasiyasının təyin edilməsi”, “Emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin müəyyənləşdirilməsi”, “Aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin edilməsi”, “Təyin edilmiş nəzarət nöqtələri üçün kritik limitlərin müəyyən edilməsi”, “Kritik nəzarət nöqtələri üçün monitorinq və zəruri tədbirlərin tətbiqi”, “Aparılan təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyən edilməsi” mövzularını əhatə edib. İki gün davam edən seminarda iştirakçıların sualları cavablandırlıb.
Qeyd edək ki, seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı