Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında" qərar qəbul edib.
Foodinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, mayın 1-dən sentyabrın 1-dək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunacaq qaydada 35 manat subsidiya ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl müddət fevralın 1-dən mayın 1-dək nəzərdə tutulmuşdu.