Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Foodinfo.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Seyfulla Rəcəbov və Lənkəran rayon sakini Nadir Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən Lənkəran rayon sakini Rauf Tağıyev və Xaçmaz rayon sakini Məzahir Niftəliyev saxlanılıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir