Aprelin 15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Foodinfo.az xəbər verir ki, Qoşqar Təhməzli səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. AQTA sədri qida təhlükəsizliyi sahəsində iki qardaş ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini qeyd edib, bu istiqamətdə verdiyi töhfəyə görə Erkan Özorala təşəkkür edib.
Səfir Erkan Özoral səmimi görüşə görə təşəkkür edib, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.
[gallery ids="36253,36254"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı