
Quba-Xaçmaz yolunda hərəkətdə olan yük avtomobilindən almalar yola dağılıb.
Foodinfo.az "Report"-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola dağılıb.
Hadisəyə səbəb yük avtomobilinin yük yerinin örtük hissəsinin (tent) cırılması olub.
[gallery ids="35202,35203,35204"]