Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 % artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 % (32654,52 ton), kartof məhsulu üzrə 23 % (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 % (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (19040,45 ton), qarpız məhsulu üzrə 151 % (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 % (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 % (5304,07 ton), çiyələk məhsulu üzrə 122 % (4686,05 ton), armud məhsulu üzrə isə 177 % (3088,6 ton) artıb.
Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan xurma məhsulunun 51 %-i, alma məhsulunun 99 %-i, kartof məhsulunun 43 %-i, xiyar və kornişon məhsulunun 62 %-i, şaftalı və nektarin məhsulunun 99,9 %-i, qarpız məhsulunun 99,6 %-i, təzə üzüm məhsulunun 100 %-i, gavalı və göyəm məhsulunun 96 %-i, çiyələk məhsulunun 100 %-i, armud məhsulunun 97 %-i avtomobil yolu, xurma məhsulunun 49 %-i, alma məhsulunun 1 %-i, kartof məhsulunun 57 %-i, xiyar və kornişon məhsulunun 38 %-i, şaftalı və nektarin məhsulunun 0,01 %-i, qarpız məhsulunun 0,4 %-i, gavalı və göyəm məhsulunun 4 %-i, armud məhsulunun 3 %-i dəmir yolu vasitəsilə daşınıb. Çiyələk və təzə üzüm məhsullarının daşınması zamanı dəmiryolu nəqliyyatından istifadə olunmayıb. Həmçinin Rusiyaya ixrac olunan 114531,58 ton pomidor məhsulunun 100 %-i də avtomobil nəqliyyatı ilə daşınıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir