Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb. Foodinfo.az-ın xəbərinə görə, qida təhlükəsizliyi sahəsində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş iki ölkə arasında heyvan və heyvan mənşəli məhsulların ticarətinin genişləndirilməsi, idxal-ixrac zamanı iki ölkə ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması, xəstəliklərə qarşı birgə mübarizə tədbirlərini və digər imzalanmış sənəd “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçidə dair” Protokol isə fitosanitar sertifikatlar barədə məlumat mübadiləsi, elektron fitosanitar sertifikatların tətbiqi, “AQTİS” və “Argus-Fito” informasiya sistemlərinin inteqrasiyasını özündə ehtiva edir. [gallery ids="37432,37433,37434"]