Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tatarıstandakı idarəsi ölkədən ixrac olunan 55 min ton məhsulda yoxlamalar aparıb. Foodinfo.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb. Məlumata görə, bunun 37 min tonu dənli-paxlalı bitkilər, yağlı toxumlar və texniki bitkilər, 18 min tonu isə emal olunmuş taxıl məhsulları, kənd təsərrüfatı bitkilərinin toxumları olub. Emal olunmuş taxıl məhsulları və yem qarışıqlarının Çexiya, Polşa, Azərbaycan, Litva və Latviyya, qarabaşaq yarmasının isə Belarus, Qazaxıstan və Ermənistana göndərildiyi bildirilir.