“Evdə üç-dörd litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su, qida qəbul edə bilməz”
Foodinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib.
O bildirib ki, səhər xaş yemək orqanizmə birbaşa ziyandır:
“Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində üç-dörd litr su qəbul edir və ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edir.
Kişilərdə ortalama iki min kalori qəbulu olur. Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz - orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə istehlak etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun”.