İki gün əvvəl Gəncədə sirkə turşusu içərək intihara cəhd edən şəxs xəstəxanada ölüb. Foodinfo.az xəbər verir ki, mayın 12-də 1936-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ziya Məmmədov sirkə turşusu içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəhər sakini bu gün reanimasiya şöbəsində keçinib. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.