Oktyabrın 6-7-də Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Rüstəmovun anadan olmasının 110 illiyinə həsr edilən “Azərbaycanın su təminatının müasir problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Tədbirin təşkilatçıları Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyidir.
Foodinfo.az xəbər verir ki, institutdan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanda çayların rejim xüsusiyyətləri və su ehtiyatlarının öyrənilməsində, həmçinin hidrologiya sahəsində çoxsaylı kadrların hazırlanmasında müstəsna xidmətləri olmuş Saleh Rüstəmovun formalaşdırdığı elmi istiqamətlər üzrə mövcud vəziyyət təhlil ediləcək.
Konfransda “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti və idarə olunması”, “Qarabağ ərazisinin müasir hidrometeoroloji problemləri”, “Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, “Ətraf mühit və dayanıqlı inkişaf” mövzuları üzrə məruzələr təqdim olunacaq.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı