"Xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblər müəyyənləşdirilib".
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu tədbirlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanaraq icrasının təmin edilməsi nəzərdə tutulur.
"Xəstəlik daşıyıcısı olan bitkilərin, əkin-səpin materiallarının virus, bakteriya və göbələklərə görə laborator müayinədən keçmədən əkilməsinin qadağan edilməsi, zərərli orqanizmlərlə sirayətlənmiş bitki və bitkiçilik məhsullarının zərərsizləşdirilməsi mexanizminin müəyyən edilməsi, zərərli orqanizmlərlə mübarizə üsullarından olan növbəli əkin sisteminin təşviq edilməsi, istifadə edilmiş kənd təsərrüfatı texnikalarının dezinfeksiya edilməsi tələbləri ilə bağlı işlər aparılacaq", - AQTA sədri bildirib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir