Azərbaycana xaricdən pişik gətirmək, yəni idxal etmək olar.
Lakin bunun üçün baytarlıq tələbləri var.
Foodinfo.az xəbər verir ki, heyvanların yoluxucu xəstəliklərindən azad təsərrüfatlardan, inzibati ərazilərdən gələn və kliniki cəhətdən sağlam xəz dərili heyvanların, dovşanların, itlərin və pişiklərin Azərbaycan Respublikasına gətirilməsinə icazə verilir.
İxrac üçün seçilmiş heyvanlara, xammalın tərkibində gen mühəndisliyi üsullarının istifadəsi ilə və ya digər genetik cəhətdən dəyişdirilmiş mənbələrdən hazırlanmış yemlər verilməmiş olmalıdır.
Azərbaycan Respublikasına göndərilmə üçün seçilmiş heyvanlar, 21 gündən az olmamaqla ixrac edən ölkənin dövlət baytarlıq xidmətinin nəzarəti altında xüsusi karantin bazalarında saxlanılır.
Karantin zamanı baş sayı hesabı ilə ümumi baxış aparılır. Bu müddət ərzində, dövlət baytar həkimləri, ixrac edən ölkədə qəbul edilmiş üsullarla dövlət baytarlıq laboratoriyasında diaqnostik müayinələr aparırlar.
Göndərilmədən öncə, 14 gündən gec olmamaqla heyvanları peyvənd edirlər, əgər heyvanlar son 6 ay ərzində peyvənd olunmayıblarsa: pişiklər – quduzluq və panleykopeniya əleyhinə;
Nəqliyyat vasitələri ixrac edən ölkədə qəbul edilmiş qaydalara uyğun olaraq işlənilir (dezinfeksiya edilir, təmizlənir) və hazırlanır.
Hazırkı tələblərdə göstərilmiş şərtlərin yerinə yetirilməsi, diaqnostik müayinələrin və peyvəndlərin tarixi göstərilməklə, ixrac edən ölkənin dilində və ingilis dilində tərtib olunmaqla və ixrac edən ölkənin dövlət baytar həkimi tərəfindən imzalanmış baytarlıq sertifikatı ilə tam təsdiq olunmalıdır.
Heyvanların Azərbaycan Respublikasına göndərilməsi yalnız idxalçı tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən icazənin alınmasından sonra mümkündür.
Azərbaycan Respublikasının ərazisinə gətirildikdən və dövlət sərhəd baytarlıq nəzarətini keçdikdən sonra heyvan 30 gün müddətinə xüsusi hazırlanmış yerlərdə karantinə yerləşdirilir. Bu müddət ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında zəruri diaqnostik müayinələr aparılır.
Epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq, konkret region üçün profilaktik immunizasiya aparılır.