Azərbaycan hökuməti ölkədən xaricə buğda ixracına gömrük rüsumu tətbiq edib. Foodinfo.az xəbər verir ki, yeniliyə əsasən ölkədən xaricə buğda ixrac etməyə istəyənlər əvvəllər rüsum ödəmədikləri halda indi bu əməliyyat üçün gömrük rüsumu ödəməli olacaqlar. Nazirlər Kabineti «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» haqqında 2017-ci il 17 noyabr tarixli 500 saylı qərarına dəyişiklik edib. Yeniliyə əsasən bir sıra buğda və buğda unu növlərinə ixrac üçün gömrük rüsumu tətbiq edilib. Gömrük rüsumu 1 tona görə 200 ABŞ dolları və ya indiki məzənnə ilə 1 ton üçün 340 manat təşkil edir. Qeyd edək ki, bu məbləğ təxminən 1 ton bağdanın qiymətinə uyğundur. Yəni ölkədən buğda ixrac etmək istəyənlər həmni buğdanın qiyməti qədər gömrük rüsumu ödəyəcəklər. Gömrük rüsumu tətbiq edilən buğda növləri aşağıdakılardır. 1001 11 000 0 -  toxumluq buğda 1001 19 000 1 -  1-ci sinif bərk buğda 1001 19 000 2-  2-ci sinif bərk buğda 1001 19 000 3 - 3-cü sinif bərk buğda 1001 19 000 4 - 4-cü sinif bərk buğda 1001 19 000 5-  5-ci sinif bərk buğda 1001 19 000 9 - digərləri 1001 91 100 0 - pərinc 1001 91 200 0 - yumşaq buğda və meslin 1001 91 900 0 - digərləri 1001 99 000 1 - 1-ci sinif yumşaq buğda 1001 99 000 2 - 2-ci sinif yumşaq buğda 1001 99 000 3 - 3-cü sinif yumşaq buğda 1001 99 000 4 - 4-cü sinif yumşaq buğda 1001 99 000 5 - 5-ci sinif yumşaq buğda 1001 99 000 9 digərləri. Gömrük rüsumu tətbiq edilən buğda unu növləri aşağıdakılardır: 1101 00 110 0, bərk buğdadan, 1101 00 150 0 yumşaq buğdadan və pərincdən 1101 00 900 0 buğda-çovdar unu Bu qərar 2022-ci ilin mayın 1-dək qüvvədə olacaq.