Gündəlik qəbul edilən bəzi içkilər zehni fəaliyyətin artmasına, diqqətin və yaddaşın güclənməsinə müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, düzgün içki seçimi beyin fəaliyyətini dəstəkləyir.
– Yaşıl çayzehni ayıqlığı artıran ən məşhur içkilərdən biridir. Tərkibindəki kofein və L-teanin diqqəti yüksəldir və eyni zamanda stressi azaldır.
– Qara qəhvə düzgün miqdarda qəbul edildikdə konsentrasiyanı və reaksiya sürətini artırır. Mütəxəssislər qəhvənin şəkərsiz içilməsini tövsiyə edirlər.
– Təbii kakao beyinə qan dövranını yaxşılaşdıran flavonoidlərlə zəngindir. Bu isə yaddaş və düşünmə qabiliyyətinin güclənməsinə kömək edir.
– Giləmeyvə əsaslı smuzilər, xüsusilə qaragilə və çiyələk antioksidantlarla zəngin olub beyin hüceyrələrinin qorunmasında mühüm rol oynayır.
– Su isə zehni fəaliyyət üçün ən vacib içkilərdən hesab olunur. Mütəxəssislər bildirir ki, hətta yüngül susuzluq belə diqqətin azalmasına səbəb ola bilər.
Qeyd olunur ki, bu içkilərin mütəmadi və balanslı şəkildə qəbulu zehni sağlamlığın qorunmasına və gündəlik fəaliyyətin daha məhsuldar olmasına kömək edir.






