Qıtığotu kökü sağlamlıq üçün bir çox faydalara malikdir. Foodinfo.az xəbər verir ki, onun tərkibində dəmir, sink, kalium, C, B1 və B2 vitaminləri, həmçinin sağlamlığa fayda verə biləcək efir yağları və müxtəlif bitki birləşmələri var.

Məsələn, bu bitkinin kökü sidik kisəsində və ağciyərlərdə iltihab əleyhinə təsir göstərir.

Həmçinin, qıtığotu kökü xərçəng əleyhinə xüsusiyyətlərə və antibakterial təsirlərə malikdir.

Qıtığotu kökü yemək ağızda, burunda və mədədə güclü yanma hissi yaratmırsa, onu gündəlik istifadə edə bilərsiniz. Həzm probleminiz varsa ehtiyatlı olmalısınız, çünki bitkinin kökü simptomları ağırlaşdıra bilər.

Nərmin