Maqnit qasırğaları adətən ildə bir neçə dəfə baş verir və bu dövrdə meteohəssas insanlar xüsusilə diqqətli olmalıdırlar, çünki onların 70%-nin halı pisləşə bilər.

Foodinfo.az xəbər verir ki, belə dövrlərdə sağlamlığı qorumağın yolları barədə həkim Tata Lısoqorova danışıb.

Onun sözlərinə görə, qan təzyiqinin qalxması, insult və infarkt bu günlərdə baş verir. Maqnit qasırğaları yuxusuzluğa səbəb olur. Kimisi qasırğadan bir-iki gün əvvəl, kimisi qasırğa zamanı, kimisi sonra pis yatır.

Lısoqorova vurğulayıb ki, hava şəraitindən asılı olan insanlar bu dövrdə sağlamlıqlarına xüsusi diqqət etməlidirlər. Onlara qəhvə, alkoqollu içkilər içmək və siqaret çəkmək tövsiyə edilmir.

Həmin günlərdə rahat olmaq, ağır işlər görməmək məsləhətdir.

Nurlan