Balanslı qidalanma uşaqların böyüməsi və inkişafı üçün çox vacibdir. Mütəxəssislər bildirir ki, bəzi məhsullara uşaqlıq çağında daha çox üstünlük vermək lazımdır, çünki onların təsiri sağlamlığı müəyyənləşdirir. Oxucuları məşhur dietoloq Ferin Batmanın uşaqlar üçün hazırladığı faydalı qidalar siyahısı ilə tanış edirik. 1. C vitamini ilə zəngin məhsullar Bədəni toksinlərdən təmizləmək və immuniteti gücləndirmək üçün C vitamini ehtiyacı qarşılanmalıdır. Bunun üçün bütün fəsillərdə gün ərzində 2 -3 meyvə uşaq rasionuna daxil edilməlidir. Uşaqların şirniyyat istəklərini qarşılamaq üçün meyvə çərəzləri, meyvəli dondurma və smuzilərdən də istifadə edilə bilər. 2. Yulaf Yulaf, B vitamini, dəmir, sink və kalsium ilə zəngin əla səhər yeməyi seçimidir. Karbohidrat və lif tərkibli şorbalar da uşaqlara enerji verir. 3.Yumurta Yumurta zülal mənbəyidir. Eyni zamanda B, E vitamini və dəmirlə zəngindir. Uşaq menyusunda ət, balıq, yumurta, paxlalı və qoz-fındıq kimi protein mənbələrinə üstünlük verilməsi vacibdir. Kiçik yaşlı uşaqlara yumurta sarısı faydalıdır. 4. Qoz-fındıq Uşaqlar həm yağa, həm də zülala ehtiyac duyduqları üçün qoz-fındıq onlar üçün sağlamlıq mənbəyidir. 5. Süd və süd məhsulları Süd məhsulları uşaq menyusuna əlavə edilməlidir. 6. Brokoli Brokoli həm böyüklər, həm də uşaqlar üçün ən faydalı tərəvəzlərdən biridir. Kalsium, kalium, beta-karotin, B vitamini və digər qida maddələri ilə zəngin tərəvəz, inkişaf yaşındakı uşaqlar üçün mütəmadi istifadə edilməlidir. 7. Rəfinə edilməmiş taxıl məhsulları Bütün taxıl məhsullarının qida dəyəri yüksəkdir. Qəhvəyi düyü və kəpəkli buğda çörəyi lif, mineral və vitamin baxımından ağ undan hazırlanmış qidalardan üstündür. 8. Zülal İnkişafda olan uşaqların zülala ehtiyacı var. Paxlalı bitkilər, qoz-fındıq və ya ət, balıq, toyuq və hinduşka bu yaxşı seçimlərdən bəziləridir. 9. Göyərti Göyərti əlavə edilmiş şorba, smuzi və omletlərə üstünlük verin. 10. Balıq Balıq, Omeqa-3 tərkibi sayəsində uşaqları xroniki xəstəliklərdən qoruyur, beynin inkişafına kömək edir, yüksək protein tərkibi isə böyüməni sürətləndirir.   Nurlan