Rusiya rəhbərliyi fiziki şəxslər üçün sərhədindən meyvə və tərəvəz keçirilməsi ilə bağlı qaydaları sərtləşdirir.
Azərbaycan da daxil olmaqla, digər ölkələrdən Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq mümkün olmayacaq.
Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gedən sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq.
Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq.
Bundan başqa, Rusiyaya ancaq üç buket (hər buketdə 15 ədəd gül olmaqla) aparmaq mümkün olacaq.
Yüklər bütün nəqliyyat növlərində yoxlanılacaq. (Baku.ws)