Dünyanın ən böyük fast-food şirkətlərindən Kentucky Fried Chicken (KFC) ötən günlərdə İngiltərə restoranlarında tükənən toyuq xəbərlərilə gündəm olmuşdu. Belə ki, ötən həftənin bazar ertəsidən cüməyə qədər Birləşmiş Krallıqda bir çox KFC restoranı bağlanmışdı. İngiltərədəki KFC restoranlarında hazırda gravy sous böhranı yaşanır. KFC-nin klasik toyuq sousu hazırda restoranlarda yoxdur. KFC keçən həftə baş verən toyuq çatışmazlığını təchizat şirkətini dəyişməsilə açıqlamışdı. Kentucky daha sonra verdiyi qəzet elanlarında müştərilərindən üzr istəmişdi. (Marja.az)