Qida məhsulu hazırlayan müəssisələr iyulun 1-dən etibarən qeydiyyata alınacaq. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Nübar Hüseynlinin sözlərinə görə, sahibkarlıq subyektlərinin qeydiyyatı "ASAN xidmət" mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək. Qeydiyyat üçün sahibkarlar tərəfindən bir neçə sənədlər tələb olunur. İdxalçı dövlətin tələbinə uyğun olaraq əgər məhsulun fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi tələb olunarsa, agentlik bu sertifikatı da sahibkarlara verəcək. Qeydiyyata alınan sahibkarlara isə xüsusi kart veriləcək. Bu kart vasitəsilə istehsal edilən məhsullar rahatlıqla xarici bazara çıxarılacaq. (Xezerxeber) https://www.youtube.com/watch?v=Mw_uJ7mhwso