
Cəfəri çayı qədim zamanlardan sağlamlığa faydaları ilə tanınır. Foodinfo.az xəbər verir ki, cəfərinin qaynadılması onun tərkibindəki antioksidantlar, vitaminlər və mineralların suya keçməsinə kömək edir.
Cəfəri çayının əsas faydaları aşağıdakılardır:
- Təbii sidikqovucu təsiri ilə böyrəklərin fəaliyyətini dəstəkləyir, ödemi azaldır və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
- Mədə turşusunu tənzimləyərək həzmi asanlaşdırır və köpü azaldır.
- Tərkibindəki C vitamini və antioksidantlar bədəni infeksiyalara qarşı qoruyur.
- Kaliumla zəngin olduğuna görə yüksək təzyiqi azaltmağa kömək edir.
- Qadınlarda menstruasiyanı nizamlayıcı təsir göstərir.
Hamilə qadınların və böyrək xəstələrinin cəfəri çayını həkimlə məsləhətləşərək içməsi tövsiyə edilir. Həddindən artıq istehlak edildikdə təzyiqin və elektrolit balansının dəyişməsinə səbəb ola bilər.