Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) gübrə təchizatçılarını və gübrə təchizatı ilə məşğul olmaq istəyənləri 27 avqust 2019-cu il tarixdə görüşə dəvət edir. Görüş saat 11:00-da AKİA-nın ofisində - Bakı Ağ Şəhər ofis binası, Nobel prospekti 25E ünvanında keçiriləcək.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların gübrə satışına tətbiqi, təchizatçıların AKİA ilə tərəfdaşlığının qurulması və tənzimlənməsi, fermerlərin daha çox ehtiyac duyduqları gübrələrlə təchizat və digər məsələlər müzakirə ediləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 22 avqust saat 18:00-dək müraciət edə bilərlər.
Qeydiyyat üçün telefon nömrəsi: 050-764-49-05 (əlaqələndirici şəxs Orxan Nağızadə)