Qara lobya (qara paxla) yüksək qida dəyərinə malik olan paxlalı bir bitkidir. O, xüsusilə Meksika, Karib dənizi və Latın Amerikası mətbəxlərində çox istifadə olunur. 

Foodinfo.az xəbər verir ki, bu bitki tərkibində yüksək miqdarda protein, lif, vitaminlər və minerallar olan qidalar arasında yer alır. 

Qara lobyanın sağlamlıq üçün faydaları çoxdur:

1. Zülal mənbəyi

Xüsusilə vegeterian və ya vegan diyetlərinə uyğun olan qara lobya bitki əsaslı əla protein mənbəyidir.

2. Yüksək lif tərkibi

Lifli qida olması sayəsində həzm sisteminin fəaliyyətini dəstəkləyir və uzun müddət toxluq hissi verir.

3. Ürək sağlamlığı

Qara lobya tərkibindəki antioksidantlar və maqnezium sayəsində ürək-damar sağlamlığına faydalıdır.

4. Qan şəkərinin nəzarət

Qara lobya aşağı qlisemik indeksi olan bir qidadır, bu da qan şəkərinin tədricən artmasını təmin edir və diabet xəstələri üçün uyğundur.

5. Vitamin və mineral qaynağı

Folat, dəmir, maqnezium, kalium və bir çox digər vitamin və minerallarla zəngindir.