Bitki yağı yeməkdə tez-tez istifadə olunur. Foodinfo.az xəbər verir ki, qastroenteroloq Dilyara Lebedeva hansı yağın daha sağlam olduğunu söylədi: günəbaxan və ya zeytun.

Ekspertin sözlərinə görə, günəbaxan yağının tərkibində omeqa-6 yağ turşuları var ki, bu da orqanizmdə iltihabın səviyyəsini artırır. Bu da öz növbəsində ciddi xəstəlik riskini artırır.

Bu arada, zeytun yağında minimum omeqa-6, lakin bədən üçün faydalı olan yüksək miqdarda omeqa-3 yağ turşuları var.

Günəbaxan yağından nə qədər tez-tez istifadə etdiyinizi düşünün? Bəlkə zeytun yağına şans verməyin vaxtıdır? Yalnız salatlarda deyil, həm də yeməkdə!

Balıq, dəniz məhsulları, qoz, kətan toxumu, xardal və kolza yağları da omeqa-3 ilə zəngindir.