Diş sağlamlığı əsasən insanın yediyi qidadan asılıdır. Bəzi məhsullar diş minasını gücləndirir və gözəl təbəssümü daha uzun müddət saxlamağa kömək edir, digərləri isə ağız boşluğunun vəziyyətinə mənfi təsir göstərir.

Foodinfo.az xəbər verir ki, bu barədə stomatoloq Vladimir Yeşidorjiyev danışıb.

Həkimin sözlərinə görə, dişləri sağlam saxlamaq üçün kalsium və fosforu yüksək olan qidalara üstünlük verilməlidir. Parodont üçün lazımi təzyiq yaratmaq üçün siz bərk qidaya diqqət yetirə bilərsiniz.

"Kəsmik, balıq, ispanaq, quru meyvələr, küncüt, bərk pendir, paxlalılar", - deyə Yeşidorjiyev diş sağlamlığına faydalı olan məhsulları sadalayıb.

Giləmeyvə və sitrus meyvələri isə əks effekt verəcək. Onların tərkibində olan turşu dişlərin həssaslığını artırır və minasını yumşaldır. Buna görə belə qidalardan sonra dişləri fırçalamamalı, ağzınızı yaxalamaqla kifayətlənməlisiniz.

Natəvan