Araz Supermarket MMC-dən Foodinfo.az-a verilən məlumata görə, şirkət müştərilərinə daha yaxın olmaq, keyfiyyətli məhsulları daha münasib qiymətdə əlçatan etmək üçün yeni filiallarının açılışına hazırlaşır. Belə ki, 29 mart tarixində Sumqayıtda Kotec qəsəbəsi 21-ci məhəllədə, 30 mart tarixində isə Gəncə şəhərində Şah İsmayıl Xətai prospekti 93 ünvanında yeni filliallarını müştərilərin xidmətinə verəcək. Yeni açılacaq filiallarda açılışla əlaqədar xüsusi endirimlər və hədiyyəli məhsullar müştəriləri gözləyir. Marketlərdə meyvə və tərəvəzdə sonra, toyuq ətində, kolbasalarda, yağlarda, şirniyyatlarda süd məhsularında, elektrik avadanlıqlarında və təmizlik vasitələrində  möhtəşəm endirimlər, hədiyyələr alıcılarını gözləyir. Bundan başqa 30 mart  tarixində Gəncə şəhərində açılacaq marketdə 100 manatlıq alış-veriş edən hər bir müştəriyə Türkiyə istehsalı Akyıldız 24 sm-lik tava və 22 sm-lik dərin qazan seti hədiyyə olunacaqdır. Araz market müştəriləri endirimlər barədə daha ətraflı məlumatı Araz Supermarketlər şəbəkəsinin facebook səhifəsindən və arazmarket.az saytından əldə edə bilərlər. Bütün müştərilər açılış tədbirinə dəvətlidir.